AZ

Milyarder “Dubay şahzadəsi” SAXLANILDI – 27 yaşlı “şeyx” FIRILDAQÇI ÇIXDI – VİDEO

Varşavada saxlanılan “dubaylı milyarder şahzadə” Avropada axtarışda olan fırıldaqçı çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Polşanın paytaxtı Varşavada özünü Dubaydan olan milyarder şahzadə kimi təqdim edən 27 yaşlı gənc saxlanılıb. O, magistral yolda sürücüləri aldadaraq onlardan pul qoparırmış.

Özünü “milyarder” adlandıran bu şəxs insanlara avtomobilində benzinin bitdiyini və bank hesablarının bloklandığını deyərək, yanacaq almaq üçün onlardan pul istəyib.

İnandırıcılıq yaratmaq üçün isə girov kimi onlara dərhal saxta “qızıl” boyunbağı və üzüklər verib.

Nəhayət, bu şəxsin hərəkətləri polisin diqqətini cəlb edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, özünü Dubay şahzadəsi kimi qələmə verən şəxs əslində bütün Avropada axtarışda olan rumıniyalı fırıldaqçıdır.

İndi “rumıniyalı şeyx”i həbsxana gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
33
interpress.az

10Mənbələr