AZ

ABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatdı

Livan və İsrail nümayəndələri arasında münaqişənin tənzimlənməsi üzrə görüş iki saatdan çox davam edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

"ABŞ dövlət katibi Marko Rubionun İsrail və Livan səfirləri arasında keçirdiyi görüş başa çatıb. Görüş iki saatdan çox davam edib", - deyə portalın jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb.

Görüşlə bağlı digər təfərrüat verilmir./Oxu.az


Telegram kanalımız
Seçilən
13
2
yenisabah.az

3Mənbələr