AZ

“Düşmə qorxusu problem yaradır”

“Tottenhem” klubunun baş məşqçisi Roberto De Zerbi komandanın Premyer Liqadan düşmə təhlükəsi ilə bağlı qorxu yaşayıb-yaşamadığı sualına cavab verib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano çalışdırıcının dediklərini belə çatdırıb.

“Düşmə qorxusu? Bəli, bu, problemdir. Hazırda məqsədimiz bir qələbə qazanmaqdır, bundan sonra vəziyyət dəyişəcək”

Qeyd edək ki, De Zerbi mart ayının sonunda “Tottenhem”in baş məşqçisi təyin olunub və klubla uzunmüddətli müqavilə imzalayıb.

İngiltərə Premyer Liqasının 32-ci turunda “şporlar” “Sanderlend”ə 0:1 hesabı ilə məğlub olub və turnir cədvəlində düşmə zonasına yaxın mövqedə qalıb.

Komandanın aktivində 30 xal var və təhlükəsiz 17-ci pillədən 2 xal geri qalır.

Seçilən
17
90deqiqe.az

1Mənbələr