AZ

Kirayə evlər buna görə fantastik qiymətədir AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda kirayə mənzil qiymətlərinin kəskin artması, xüsusilə median qiymətin 1000 manatı keçməsi daşınmaz əmlak bazarında ciddi müzakirələrə səbəb olub. Bu dəyişiklik həm tələb-təklif balansındakı pozulmalar, həm şəhərə miqrasiyanın artması, həm də tikinti və yaşayış xərclərinin yüksəlməsi ilə izah olunur. Bəs, bu tendensiya davam edərsə, mənzil bazarı necə formalaşacaq və bu artım vətəndaşların gündəlik yaşayış xərclərinə və sosial rifahına hansı dərəcədə təsir göstərəcək?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, Mərkəzi Bank müəyyən dövrlərdə hesabatlar və təhlillər aparır ki, bu da prosesin müsbət tərəfidir. "Onların açıqlamalarında göstərilir ki, bazardakı təkliflərin sayına uyğun olaraq qiymətlər formalaşır və bəzi hallarda bu göstəricilər 1000 manatı keçib. 2004-cü ildə də oxşar tədqiqat və araşdırmalar aparılıb. O dövrlə indiki dövr arasındakı müqayisədə qiymət artımı müşahidə olunur. Bu artım daha çox daşınmaz əmlakın satış qiymətləri ilə müqayisədə icarə qiymətlərində özünü göstərir".Ekspert bildirib ki, faktiki vəziyyət də ondan ibarətdir ki, 2021-ci ildən 2024-cü ilin sonuna qədər ölkədə kəskin qiymət artımı müşahidə olunub. "Azərbaycan daşınmaz əmlak sektorunda belə kəskin artım daha əvvəl yalnız müəyyən dövrlərdə, 2006–2008-ci illər arasında müşahidə olunmuşdu və bu, əsasən inşaat materiallarının bahalaşması, beynəlxalq inflyasiya və ümumi yüksək inflyasiya ilə bağlı idi. Lakin bu dəfə səbəblər fərqlidir. Burada əsas amil daşınmaz əmlakın qıtlığıdır. Qıtlıq nəticəsində və eyni zamanda sektora yönələn investisiya kapitalının artması qiymətlərin yüksəlməsinə səbəb olur. İpoteka kreditləri də bu prosesdə mühüm rol oynayır və qiymət artımını sürətləndirən amillərdən biridir. Bundan əlavə, inşaat materiallarının bahalaşması, bazarda təkliflərin azalması, tikinti şirkətlərinin və yeni layihələrin sayının azalması da bu vəziyyətə təsir edir. Son dövrlərdə Bakı şəhərində həyata keçirilən pilot və söküntü layihələri də kirayə bazarında ciddi qıtlıq yaradıb. Bu isə ümumi bazara təsir edərək qiymət artımını daha da gücləndirir. Nəticə etibarı ilə son illərdə Bakı şəhərində mənzil bazarında satış qiymətlərində orta hesabla 17–18%-ə qədər artım müşahidə olunub. İcarə bazarında isə artım daha yüksək olub və təxminən 12–15% və daha yuxarı göstəricilər qeydə alınıb".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
46
demokrat.az

10Mənbələr