AZ

Əraqçi: İran Yaxın Şərqdə müharibənin dayandırılması səylərinə müsbət cavab verib

İran Yaxın Şərqdə atəşkəsin bərqərar olması və müharibənin dayandırılması üçün vasitəçilərin xoşməramlı səylərinə müsbət cavab verib.

"Far.Az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ispaniyalı həmkarı Xose Manuel Albares ilə telefon danışığında deyib.

"İran Yaxın Şərqdə atəşkəsin bərqərar olması və müharibənin dayandırılması üçün vasitəçilərin xoşməramlı səylərinə müsbət cavab verib, lakin bunun həyata keçirilməsi üçün ABŞ-nin müharibə, İsrail isə Livandakı gərginliyi dayandırmalıdır", - o bildirib.

Əraqçi İspaniya hökumətinin ABŞ və İsrailin İrana hücumuna qarşı çıxmaqda mövqeyini müsbət qiymətləndirib:

"İspaniyanın beynəlxalq hüququ və bəşəri dəyərləri müdafiə edən mövqeyi İran xalqının və beynəlxalq ictimaiyyətin diqqətini çəkərək təqdir edilib və heç vaxt unudulmayacaq".

İspaniyanın xarici işlər naziri beynəlxalq hüququn və bəşəri dəyərlərin dəstəklənməsini, eləcə də müharibəyə qarşı çıxmağı Madridin xarici siyasətinin prinsipial əsaslarından hesab edib. "İspaniya İrana qarşı hərbi hücumların qeyri-qanuni olduğunu əvvəldən vurğulayıb", - o bildirib.

Xose Manuel Albares atəşkəsin elan olunmasından məmnunluğunu bildirərək, bütün tərəflərin buna riayət etməsinin və regionda davamlı sabitliyin bərpası üçün diplomatik yola diqqət yetirilməsinin zəruriliyini xatırladıb.

Seçilən
16
37
far.az

10Mənbələr