Şəkinin Göybulaq kəndində qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala Regional Qaz İstismarı İdarəsinin (RQİİ) Şəki xidmət sahəsindən verilən məlumata görə, “Təmiz Qaz” QSC tərəfindən qaz ölçü qovşağının mənbəyə qoşulması ilə bağlı aparılacaq işlər səbəbindən aprelin 15-də saat 09:30-dan etibarən 128 abonentin qaz təchizatı daxildən dayandırılacaq.
Bildirilib ki, işlər başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa olunacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu