AZ

“Holokost soyqırımı öncədən Tövratda xəbər verilib və günahlarımıza görə göndərilib...“ Yəhudi tarixçi

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yəhudi tarixçi Moşe Nahmani Almaniyanın faşizm dövründə törətdiyi və bəzi məlumatlara görə, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü  Holokost soyqırımı zamanı Allahın varlığı("harada olması") məsələsinin dini-tarixi anlayışını izah edən bir mətn dərc edib. Naxmani öz arqumentində Tövratdan, xüsusən də xeyir-dua və lənətlər sistemini təqdim edən "Ki Tavo" bölməsindən yararlanır.

Moderator.az bu materialı İsrail mediasına istinadla tədqoim edir.

O, sitat gətirir: "Məni(Rəbbi-S.L.) tərk etdiyiniz üçün, şər işlər gördüyün üçün Rəbbiniz sizə ta ki siz tez bir zamanda məhv olana qədər lənət, fitnə-fəsad və əl atdığın hər şeydə uğursuzluq göndərəcək..."

Tarixçi davam edərək başqa bir parçaya istinad edir: "Rəbbin sizə qarşı göndərəcəyi düşməninizə aclıq və susuzluq içində, çılpaq və hər şeydən məhrum olaraq xidmət edəcəksiniz və sizi məhv edənə qədər boynunuza dəmir boyunduruq taxacaq."

Onun fikrincə, bu təsvirlər sanki  20-ci əsrin fəlakətləri də daxil olmaqla, yəhudi xalqının başına gəlmiş  fəlakətlətin reallıqlarını əks etdirir. 

Alim onları alternativ bir ssenari ilə tamamlayır: "Əgər Allahınız Rəbbin əmrlərinə əməl etsəniz və Onun yolları ilə getsəniz, Rəbb and içib söz verdiyi kimi, sizi Özünə müqəddəs bir millət olaraq təyin edəcək..."

Müəllif yazısını belə yekunlaşdırır: "Holokost zamanı Allah harada idi?" - bu sual 80 il əvvəl deyil, 3000 ildən çox əvvəl, İsrail xalqının Tövratın sözlərini ilk dəfə eşitdiyi gün ortaya çıxmışdır. Cavab mahiyyətcə aydındır: Allah həmişə eyni yerdədir - O, dünyanın Yaradanı və Padşahımızdır və bizə Onun yolları ilə getməyi əmr edir. Onun tərəfindən heç bir dəyişiklik yoxdur. Nemət və lənət, həyat və ölüm bizim iradəmizə həvalə olunub. Məsuliyyət bizim üzərimizdədir."

Naxmani vurğulayır ki, belə bir şərh yəhudi xalqının yalnız ümummilli səviyyəsinə aiddir və fərdlərin taleyini izah etmir. Saleh şəxslərin ölümü onların şəxsi günahlarının nəticəsi kimi qəbul edilə bilməz.

Nəticə olaraq, Nahmani aksenti dəyişdirməyi təklif edir: "Allah harada idi" sualını vermək əvəzinə, yəhudi xalqının özünün durumu(yəni günah içində olub-olmaması-S.L.) haqqında soruşmalıyıq.

Xatırladaq ki, dünən - aprelin 14-də İsraildə Holokost Anım Günü qeyd edilib.

S.Laçın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
50
moderator.az

10Mənbələr