AZ

Dünya Bankı xəbərdarlıq etdi: Aprel ayı daha gərgin olacaq

Yazını böyüt
Yazını kiçilt

Dünya Bankının prezidenti Ajay Banga hesab edir ki, ABŞ–İsrail əməliyyatı fonunda qlobal neft qiymətlərinin artımı baxımından aprel ayı mart ayı ilə müqayisədə daha çətin keçəcək.

Hafta.az xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbər orqanlarının yaz iclası çərçivəsində təşkil olunan konfransda bildirib:

“Yaxın Şərqdəki vəziyyətlə bağlı fikrim belədir: düşünürəm ki, aprel ayı hazırda gözlənildiyindən daha gərgin olacaq. Çünki mart ayında dənizdə olan neft artıq təyinat nöqtələrinə çatıb və həmin dövrdə Hörmüz boğazından əlavə ciddi bir hərəkət qeydə alınmayıb”.

O əlavə edib ki, - "Bu baxımdan aprel ayı müəyyən mənada daha mürəkkəb olacaq. Güman edirəm ki, bazar bunu qismən qiymətləndirib, lakin tam əmin deyiləm".

Seçilən
27
27
hafta.az

10Mənbələr