AZ

"İrandakı missiyamız rejim devrilənə qədər davam edəcək" - Mossad rəhbəri

“İsrail İranda mühüm nailiyyətlər əldə edib, amma iş bitməyib”.

Missiya.Az xəbər verir ki, bunu “Mossad”ın direktoru David Barnea deyib.

Onun sözlərinə görə, 40 günlük intensiv döyüşlər əhəmiyyətli nailiyyətlərlə nəticələnib.

Barnea bildirib ki, onların arasında ən mühümü İranın əsas hədəfinə, yəni İsrail dövlətinin məhvi ilə bağlı hədəfinə zərbə vurulub:

“Buna baxmayaraq, bizim missiyamız tamamlanmayıb. Biz heç vaxt düşünməmişdik ki, döyüş səngiyəndən sonra missiyamız bitəcək. Biz kampaniyamızı zərbələrdən sonrakı dövr üçün də planlaşdırmışıq”, - deyə o vurğulayıb.

Barnea “Mossad”ın öz tapşırığının yalnız İrandakı “ekstremist rejim” dəyişdikdə yerinə yetiriləcəyini qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
8
missiya.az

9Mənbələr