BAKI, 15 aprel. TELEQRAF
Özbəkistan və Qazaxıstan qarşılıqlı ticarətin həcmini 10 milyard dollara çatdırmağı hədəfləyir.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın “Dunyo” informasiya agentliyi məlumat yayıb.
“Qazaxıstanla əməkdaşlıq sabit artım göstərir. Qarşılıqlı ticarətin həcmi ildə 5 milyard dollara yaxınlaşır. Özbəkistan şirkətləri Qazaxıstanda fəal şəkildə nümayəndəliklərini açır, bu da regiondakı biznes balansını dəyişir. Ölkələr qarşılıqlı ticarətin həcmini 10 milyard dollara çatdırmağı hədəfləyirlər”, - mənbə bildirib.