AZ

Buşehr Atom Elektrik Stansiyasından rusiyalı mütəxəssislərin təxliyəsi başa çatdı

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Buşehr Atom Elektrik Stansiyasında çalışan rusiyalı mütəxəssislərin təxliyəsini başa çatdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsfahandakı baş konsul Andrey Jiltsov "RİA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib.

“15 aprel səhəri Buşehr Atom Elektrik Stansiyasının tikintisində iştirak edən rusiyalı mütəxəssislərin İrandan təcili təxliyəsi üçün çoxgünlük, çoxmərhələli əməliyyat uğurla başa çatdı”, - deyə o bildirib.

Onun sözlərinə görə, 108 işçi stansiyanı tərk edərək İsfahana yola düşüb, daha 20 işçi isə obyektdə qalıb.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
redaktor.az

2Mənbələr