AZ

Yeni PANDEMİYA olacaq - Azərbaycanlı professordan HƏYƏCAN TƏBİLİ

"Dünyada COVİD-19-un yeni ştammı yayılır. Bu ştammın ölkəmizə gəlmə ehtimalı həmişə var".

Titul.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O daha sonra qripin pandemiyasının olacağını bildirib:

 

“Bu pandemiya mütləq olacaq. Dəqiq deyə bilmərik ki, nə vaxt olacaq?! Amma o dəqiqdir ki, gələcəkdə bizi mütləq qrip pandemiyası gözləyir. Bu elmi bir proqnozdur. Bunun vaxtını demək çətindir. Qrip virusu daim mutasiyaya uğrayır və İspan qripi tipində bir pandemiya yaradacaq. Son illər kimə baxırsan hamısı qripdir. Onlar axı həkim yoxlanışından keçmirlər. Bəlkə də onların içərisində yetəri qədər koronavirus xəstələri də var. Çox adam evdə bu xəstəliyi ayaqüstə keçirir. Bizim camaat ümumiyyətlə yoxlanmağa, həkimə getməyə meylli deyil”, - deyə Adil Qeybulla deyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
20
titul.az

1Mənbələr