AZ

Göydən yağan pullar şəhərdə xaos yaratdı KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Çinin Şantou şəhərində maraqlı hadisə baş verib. Yaşlı bir qadın yaşadığı lüks binanın balkonuna çıxaraq əlindəki pulları aşağıya atıb.

KONKRET.az xəbər verir ki, hadisəni görən insanlar əvvəlcə təəccüblənsələr də, sonra pulları toplamaq üçün küçəyə axışıblar. Bildirilir ki, qadının aşağı səpələdiyi məbləğ 1 milyon Honq Konq dolları olub.

Şahidlərin sözlərinə görə, qadın bunu bir dəfə yox, bir neçə dəfə edib. O, əlindəki pul dəstələrini çox rahat şəkildə aşağı atıb. Həmin dəstələrin hər birində böyük məbləğdə pul olduğu deyilir.

Pullar havada uçuşanda küçədə qarışıqlıq yaranıb. İnsanlar pulları götürmək üçün bir-biri ilə yarışıb, hətta bəziləri ağaclara ilişən əskinasları götürməyə çalışıb. Nəticədə ərazidə izdiham yaranıb, nəqliyyatın hərəkəti də çətinləşib.

Hadisədən sonra polis əməkdaşları əraziyə gəlib. Hazırda qadının bunu niyə etdiyi araşdırılır./yenisabah

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
konkret.az

3Mənbələr