AZ

Ötən gün 84 borclu saxlanılıb

Ötən
Aprelin 14-də ölkə ərazisində onlarla cinayətin açılması təmin olunub. 1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, gün ərzində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 111 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Məlumata əsasən, narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Həmçinin, cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Seçilən
29
20
1news.az

10Mənbələr