AZ

"Hizbullah" İsrailin şimalını raket atəşinə tutub

Bakı. Trend:

Livandan olan "Hizbullah" hərəkatı İsrailin şimalını raketatəşinə tutub.

Trend bu barədəİsrail mediasına istinadən xəbər verir.

İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətininbildirdiyinə görə, bu dəqiqələrdə hərəkata aid döyüşçülər Qalileybölgəsinə beş raket buraxıb. Onlardan ikisi hava hücumundan müdafiəsistemləri tərəfindən zərərsizləşdirilib, üçü isə açıq sahəyədüşüb.

Səhər saatlarından etibarən Livandan İsrailin şimalına təxminən40-a yaxın raket atılıb.

Ölən və yaralananların olmadığı bildirilir.

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr