AZ

Ağdamda dövlət-din münasibətlərinə həsr olunmuş konfrans işə başlayıb

AĞDAM, 15 aprel. TELEQRAF

Ağdam rayonunun Quzanlı qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans işə başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə Komitənin və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Konfransın açılışında çıxış edən rəsmilər dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasətin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə hüquqi bazanın daim təkmilləşdirildiyini diqqətə çatdırıblar.

Bildirilib ki, tədbirin əsas məqsədi mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərini müzakirə etmək, hüquqi və institusional mexanizmləri gücləndirmək, eləcə də profilaktik tədbirlərin effektivliyini artırmaqdır. Bununla yanaşı, konfransda maarifləndirmə işinin prioritetləri ilə bağlı fikir mübadiləsi aparılır.

Konfrans çərçivəsində “Dəyişən dünyada dövlətin din siyasətinin prioritetləri” və “Dini radikalizm ictimai-siyasi sabitliyə təhdid kimi” mövzularında panel iclaslarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ramin Məmmədov rəhbərlik etdiyi Komitə tərəfindən ölkənin müxtəlif bölgələrində bu kimi tədbirlərin təşkili davam etdirilir. - bu xəbə

Seçilən
14
teleqraf.com

1Mənbələr