2026-cı ilin üç ayında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar illik müqayisədə 14,9% artaraq 4,049 milyard manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Yanvar–martda neft-qaz sektoruna 1,525.9 milyard manat, qeyri neft-qaz sektoruna isə 2,523.9 milyard manat investisiya yatırılıb.
Qeyri neft-qaz sənayesinə yönəldilən vəsaitin 405.8 milyon manatı ümumi sərmayənin 10 faizini təşkil edib.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 1,099.3 milyon manatı və ya 97.7 faizi Böyük Britaniya, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, BƏƏ, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan investorlarının payına düşüb.
Hesabat dövründə Xızı–Abşeron Külək Elektrik Stansiyası, Sumqayıtda güzgü və qablaşdırma müəssisələri, Abşeronda batareya enerji saxlanma mərkəzi, eləcə də Xocalı Soyqırımı Memorialı və bir sıra təhsil və kənd təsərrüfatı obyektləri istifadəyə verilib.
İnvestisiyaların 44,6%-lik artımı neft-qaz sektorunda, 2,2%-lik artımı isə qeyri-neft-qaz sektorunda qeydə alınıb.
Ümumi sərmayənin 56,5%-i məhsul istehsalı sahələrinə, 30,9%-i xidmət sektoruna, 12,6%-i isə yaşayış evlərinin tikintisinə yönəldilib.
Sərmayələrin 34,3%-i dövlət, 65,7%-i isə qeyri-dövlət sektorunun payına düşüb. İnvestisiyaların 72,2%-i daxili mənbələr hesabına təmin edilib.
2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 21,2 milyard manat investisiya yönəldilib.
Gülnar Nazimqızı