AZ

ABŞ İran limanlarını bağlamaq üçün 10 mindən çox əsgər göndərib -CENTCOM

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun İranın dəniz limanlarının blokadasını təmin etmək üçün 10 mindən çox əsgər, 10-dan çox gəmi və onlarla təyyarə yerləşdirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bəyanatda qeyd olunur: “10 mindən çox amerikalı dənizçi, dəniz piyadası və hava qüvvələri, eləcə də ondan çox gəmi və onlarla təyyarə yük gəmilərinin İran dəniz limanlarına daxil olmasının qarşısını almaq üçün bir missiya yerinə yetirir”.

Komandanlıq bildirib ki, ABŞ ordusunun təlimatlarına əsasən, blokada elan edildikdən sonrakı ilk 24 saat ərzində ən azı altı ticarət gəmisi kursunu dəyişərək geri qayıdıb.

Açıqlamada vurğulanıb ki, blokada bayraqdan asılı olmayaraq bütün gəmilərə şamil edilir.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəhbərliyi Amerika ordusunun İran limanlarını uğurla blokadaya aldığını bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
15
1
redaktor.az

3Mənbələr