AZ

Bank Avrasiya ili zərərlə başlayıb

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

"Bank Avrasiya" ASC 2026-cı ilin birinci rübünü 937.02 min manat zərərlə başa vurub.

Teleqraf xəbər verir ki, 2025-ci ilin eyni dövründə bankın mənfəəti 1 milyon 976.91 min manat təşkil edib.

Hesabat dövründə bankın faiz gəlirləri 4 milyon 259.19 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 6.99% azalma deməkdir. Bank ötən ilin birinci rübündə 3 milyon 961.44 min manat faiz gəliri əldə etmişdi. "Bank Avrasiya"nın birinci rübdə faiz xərcləri 22.04% artaraq 700.92 min manat təşkil edib.

Cari ilin mart ayının 31-nə bankın aktivləri 213 milyon 947.63 manat olub (8.94% artım). Bankın öhdəlikləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13.65% artaraq 124 milyon 912.76 min manata çatıb.

"Bank Avrasiya"nın depozit portfeli 26.79% artaraq 57 milyon 380.12 min manatdan 72 milyon 753.84 min manata, kapitalı isə 2.94% artaraq 89 milyon 34.87 manata yüksəlib.

Bank likvidliyini təmin etmək üçün digər öhdəliklərini artırıb. Belə ki, hesabat dövründə bankın digər öhdəlikləri (mərkəzi bankdan alınan vəsaitlər, qiymətli kağızlar emissiyası, akkreditivlər, qarantiyalar və digər maliyyə institutlarına olan borclar) ötən ilki 1 milyon 473.64 min manatdan 1 milyon 891.59 min manata yüksəlib.

Bankın kredit riski də artıb. Rübün sonuna vaxtı 1 il və daha artıq keçmiş kreditlərin məbləği ötən ilin müvafiq dövründə 15 milyon 301.46 min manat idisə, cari ildə bu göstərici 15 milyon 893.36 min manat təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
qaynarinfo.az

3Mənbələr