AZ

Tramp: İki gün ərzində İranla yeni danışıqlar başlayacaq

ABŞ Prezidenti Donald Tramp İranla yeni danışıqların iki gün ərzində Pakistanda keçirilə biləcəyini bildirib.

Tramp “New York Post” qəzetinə qısa telefon müsahibəsində ABŞ ilə İran arasındakı münasibətlərdəki gərginlik barədə fikirlərini bildirib.

Ötən həftəsonu Pakistanın paytaxtı İslamabadda danışıqların uğursuzluğundan sonra nə baş verəcəyi ilə bağlı suala Tramp belə cavab verib: “Yeni danışıqlar mərhələsi baş tutacaq”.

Tramp hazırda İslamabadda olan “New York Post” müxbirinə deyib: “Siz həqiqətən orada qalmalısınız, çünki yaxın iki gündə bir şey baş verə bilər və biz ora getməyə meylliyik. Bu mümkündür, bilirsiniz niyə? Çünki (Pakistan Baş Qərargah rəisi) marşal (Asim Munir) əla iş görür”.

P.ƏMİRCANOV
XQ

 

Seçilən
2
1
xalqqazeti.az

2Mənbələr