Paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən “Rahat” marketdən 400 manatlıq yağ oğurlanıb.
Publika.az xəbər verir ki, kamera görüntüləri və digər sübutlar əsasında oğurluğu törətmiş 1989-cu il təvəllüdlü S.İsmayılov (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsinə əsasən protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə S.İsmayılov hadisə vaxtı sərxoş olduğunu, törətdiyi əməlin mahiyyətini dərk etmədiyini bildirib.