AZ

Müştərilər “Premium Bank”dan pullarını geri çəkir

Bu il aprel ayının 1-nə "Premium Bank"ın aktivləri 666,5 milyon manat təşkil edib.

APA-Economics” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azdır. Bu dövrdə bankın nağd vəsaitləri də 23,3% azalaraq 144,5 milyon manata enib.

Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7,8% artaraq 501 milyon manat təşkil edib. I rübdə bankın ipoteka kreditləri portfeli isə 3,3% azalaraq 72,9 milyon manat təşkil edib.

Bu ilin I rübündə “Premium Bank”ın cəmi öhdəlikləri 464,8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,5% azdır. Bu dövrdə fiziki şəxslər və şirkətlər bankdan vəsaitlərinin bir qismini geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri illik müqayisədə 2,5% azalaraq 310,2 milyon manata, hüquqi şəxslərin depozitləri isə 23,2% azalaraq 63,9 milyon manata düşüb. Nəticədə, bankın ümumi depozit portfeli 6,8% azalaraq 374,1 milyon manata enib.

Hesabat dövründə bankın gəlirləri 22,2% artaraq 14,5 milyon manat, xərcləri isə 12,3% artaraq 10,1 milyon manat təşkil edib.

I rübdə “Premium Bank"ın xalis mənfəəti illik müqayisədə 2,3 dəfə artaraq 3,7 milyon manat təşkil edib.

Cari ilin aprel ayının 1-nə “Premium Bank”ın cəmi kapitalı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9% artaraq 201,7 milyon manat təşkil edib.

Seçilən
5
2
apa.az

3Mənbələr