AZ

Rusiyada 85 Ukrayna dronu vuruldu

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 85 dronu məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Pilotsuz təyyarələr Belqorod, Voronej, Rostov, Samara və Saratov vilayətləri, eləcə də Krım və Azov və Qara dənizlərinin suları üzərində vurulub.

Hava təhlükəsinə cavab olaraq, Rosaviasiya Kazan, Buqulma, Nijnekamsk və Çeboksarı şəhərlərindəki hava limanlarının fəaliyyətinə məhdudiyyətlər qoyub. Bu tədbirlər uçuş təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əsaslandırılıb.

Seçilən
15
publika.az

1Mənbələr