AZ

Gündüz İsmayılov: Dövlət-din münasibətlərinin tənzimlənməsində müsbət nəticələr gözləyirik

AĞDAM, 15 aprel. TELEQRAF

"Bu cür tədbirlərin nəticəsi olaraq, dövlət-din münasibətlərinin tənzimlənməsində müsbət nəticələr gözləyirik".

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləriAğdamda keçirilən“Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans zamanımedia nümayındələrinə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov səsləndirib.

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bölgələrdə dini maarifləndirmə məqsədilə, eyni zamanda dini radikalizmlə mübarizə, zərərli təsirlərin aradan qaldırılması, məzhəbçilklə mübarizə, dövlət-dini münasibətlərinin tənzimlənməsi istiqamətində fəaliyyət göstərən aidiyyəti qurumların birgə işinin daha da təkmilləşdirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

Bu tədbirdə Ağdamla yanaşı, ətraf rayonlardan olan din xadimləri, dini icma üzvüləri, ağsaqqallar, bu sahədə fəaliyyət göstərən qurumların nümayəndələri konffarsımızda iştirak edirlər. Bu cür tədbirlərin nəticəsi olaraq, dövlət-din münasibətlərinin tənzimlənməsində müsbət nəticələr gözləyirik" - qurum rəsmisi bildirib.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr