AZ

Azərbaycan millisi Qazaxıstanla qarşılaşır

Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. 

Fanat.Az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Qazaxıstan yığması ilə qarşılaşacaq.

Aktau şəhərindəki “BS Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanıb.

Azərbaycan millisi bundan əvvəl Gürcüstanla keçirdiyi iki oyunda da uduzub - 2:4, 2:5.

Seçilən
3
fanat.az

1Mənbələr