AZ

Bank kartlarında məhdudiyyət olacaq?

Məlum olduğu kimi, ölkədaxili kart əməliyyatları üzrə komissiya siyasətində yeni məhdudiyyətlər tətbiq olunub. 

Müxtəlif fəaliyyət sahələrini əhatə edən MCC kodlarına uyğun olaraq interçeynç haqları üçün maksimal faizlər müəyyənləşdirilib. Yeni qaydalara görə, aptek və supermarket əməliyyatlarında komissiya 1,25 faizi, yanacaq satışında 0,75 faizi keçmir, digər sahələr üzrə isə bu göstərici 1,5 faizlə məhdudlaşır.

Bu yenilik haqqında fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki, özəl banklara məcburi qaydalar yalnız qanun vasitəsilə tətbiq oluna bilər: 

396672

“Mərkəzi Bank müəyyən limitlər təklif etsə də, kredit faizləri, əmanətlər və digər xidmətlər üzrə banklara konkret hədd qoymaq hüququ yoxdur. Qanuna görə, banklar xidmət haqlarını və şərtlərini özləri müəyyən edir. Bu səbəbdən Mərkəzi Bankın müəyyən etdiyi göstəricilər sadəcə tövsiyə xarakteri daşıyır”.

Ekspert qeyd edib ki, özəl banklara məcburi şərtlərin tətbiqi üçün isə ayrıca qanun qəbul olunmalıdır:

“Hazırda isə belə bir qərar yoxdur. Komissiya limitləri müəyyən edilsə də, bu, birbaşa vətəndaşların ödədiyi məbləğlərin dəyişəcəyi demək deyil. Çünki hər bank komissiya haqlarını özü təyin edir”.

Günel Cəlilova

Seçilən
20
hit.az

1Mənbələr