AZ

Qubada yaşayan etnik qrupların folklor nümunələri nümayiş etdirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Quba, 16 aprel, AZƏRTAC

Qubada Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar təşkil olunan bədii təqdimatda tatların, ləzgilərin, xınalıqlıların və rayonda yaşayan digər etnik qrupların folklor nümunələri nümayiş etdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə el sənətkarlarının milli əl işləri - xalçalar, yun corablar, saxsı qablar, müxtəlif məişət əşyaları, həmçinin rəssamların birbaşa naturadan çəkdiyi mənzərələr sərgilənib.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər qeyd edib ki, Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınıb və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verib. Bu baxımdan Quba bölgəsi də özünəməxsus mədəniyyəti, sənətkarlıq tarixi və müasir inkişafı ilə diqqəti cəlb edir.

Ölkəmizdə şairlərə, sənət adamlarına diqqət və qayğının göstərildiyini qeyd edərək bildirib ki, Azərbaycan bu gün malik olduğu zəngin irslə beynəlxalq aləmdə tanınır. Həmçinin ölkəmiz dünyada ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir. Mədəniyyətimiz dünyada təbliğ olunur. Mədəni irsimizin dünyada tanınmasında UNESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Tədbirdə bölgədə mədəniyyətin müasir inkişaf perspektivləri müzakirə olunub, peşəkar sənətkarların tövsiyələri dinlənilib.

İştirakçılar Quba Könüllülər Teatrı və Yeni Güləzi kənd Folklor klubunda fəaliyyətə başlayan Kukla Teatrı və müxtəlif rəqs qruplarının çıxışlarınız izləyiblər.

Tədbirin sonunda rayonun fəal, eləcə də təqaüddə olan təcrübəli mədəniyyət işçiləri fəxri-fərmanlarla mükafatlandırılıb.

Müxbir - Elxan Yusifli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
azertag.az

2Mənbələr