AZ

VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqladı

Bakı. Trend:

VTB (Azərbaycan) ASC 2026-cı ilin birinci rübü üzrəmaliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, bankın aktivləriilin əvvəlindən 6% artaraq 323,97 milyon manata çatıb. Bankın xalismənfəəti isə 1,73 milyon manat təşkil edib.

Məlumata görə, kredit portfelinin ümumi həcmi 254 milyon manatıötüb. Birinci rübdə biznes kreditləri portfeli 72 milyon manatıkeçərək ilin əvvəlindən 7,3% artım nümayiş etdirib. Pərakəndəkredit portfeli isə 6% yüksələrək 117,63 milyon manata çatıb.

Bankın depozit portfeli də artım göstərib. 2026-cı ilin ilk üçayı ərzində depozitlərin ümumi həcmi 7%-lik artımla 108,64 milyonmanata yüksəlib. Hesabat dövründə hüquqi şəxslərin yığımları 15%,fiziki şəxslərin depozitləri isə 4% artıb.

Hesabatda bildirilir ki, bankın məcmu kapitalı 102,3 milyonmanatı keçib ki, bu da Azərbaycan Mərkəzi Bankının minimaltələbindən 52,3 milyon manat çoxdur.

Seçilən
0
3
az.trend.az

4Mənbələr