AZ

Ruhların GÖZ YAŞLARI: Dünyanın ən böyük platin yataqlarından biri AŞKAR EDİLDİ – FOTOLAR

Alimlər meteorit axtararkən platin tapıblar.

İnterpress.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Rusiyanın Xabarovsk diyarında yerləşən və görünüşü ilə meteorit kraterini xatırladan “Kondyor” ərazisi alimləri təəccübləndirməyə davam edir.

Hündürlüyü 1387 metr, diametri isə 8 km olan bu qeyri-adi həlqəvi quruluş uzun müddət meteorit zərbəsi nəticəsində yaranmış astroblem hesab olunurdu. Lakin 1969-cu ildə ərazidə araşdırma aparan alimlər bu versiyanı təkzib ediblər.

Qədim zamanlardan bəri evenklər bu dağı “Urgula” müqəddəs dağı hesab edir və ora girişi tabu (qadağan) edirdilər.

Əfsanəyə görə, həmin ərazidəki platin daşları ruhların göz yaşlarıdır.

Məlum olub ki, bu vulkanik “kaldera”nın yerin altında dünyanın ən böyük platin yataqlarından biri gizlənir.

Buradakı platin külçələri hətta 3,5 kiloqrama çatır ki, bu da nadir rast gəlinən bir haldır. Bəzi platin nümunələri isə kristal formada aşkar edilib.

Hazırda ərazi ciddi şəkildə qorunur. “Amur” artelinin xüsusi icazəsi olmadan bu yerə daxil olmaq qadağandır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
32
interpress.az

1Mənbələr