AZ

Neftin son dəqiqə QİYMƏTİ - Görün neçəyə oldu

Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə olunur.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, hazırda "Brent" markalı neftin bir bareli beynəlxalq fyuçers bazarlarında 94,66 dollardan investorlara təklif olunur.

Ötən gün 99,45 dollara qədər bahalaşan "Brent" nefti günü 94,79 dollar səviyyəsində başa vurub.

Bu gün Bakı vaxtı ilə səhər saatlarında qiymətlər daha 0,13% azalaraq 94,66 dollara enib.

Eyni zamanda, "West Texas Intermediate" (WTI) markalı xam neftin bareli 90,68 dollardan alıcı tapıb.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,27 ABŞ dolları və ya 5,78 % azalaraq 118,56 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,98 ABŞ dolları və ya 5,76 % azalaraq 114,04 ABŞ dolları təşkil edib.

Qiymətlərin nisbi enişinə ABŞ və İran arasında mümkün razılığın əldə olunacağı və Yaxın Şərqdə gərginliyin azalacağı ilə bağlı gözləntilər təsir edib.

ABŞ prezidenti Donald Tramp yaxın iki gün ərzində Pakistanda yeni görüşün keçirilə biləcəyini və tərəflərin danışıqlara meyilli olduğunu bildirib. Tramp həmçinin ABŞ-İsrail və İran arasındakı münaqişənin sona yaxınlaşdığını vurğulayıb.

Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İran limanlarına tətbiq etdiyi blokadanın bu ölkədə iqtisadi fəaliyyəti tamamilə dayandırdığı barədə açıqlamaları qiymətlərin daha kəskin düşməsinin qarşısını alır.

CENTCOM komandanı, admiral Bred Kuper İran iqtisadiyyatının 90%-nin dəniz ticarətindən asılı olduğunu xatırladaraq, Hörmüz boğazında daşımaların daha da axsayacağı ilə bağlı narahatlıqları artırıb.

Analitiklər texniki baxımdan "Brent" nefti üçün 96,17 dolları müqavimət, 93,51 dolları isə dəstək səviyyəsi kimi qiymətləndirirlər.

İqbal RZAYEV,
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr