AZ

Tramp: Qarşıdakı iki gündə inanılmaz hadisələrin şahidi olacaqsınız

ABŞ Prezidenti Donald Tramp İranla bağlı müvəqqəti atəşkəsin uzadılması xəbərinə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, o, qarşıdakı iki gün ərzində çox mühüm və diqqətçəkən hadisələrin baş verəcəyini deyib.

Trampın sözlərinə görə, proses ya razılaşma ilə, ya da İranın imkanlarının tamamilə məhv edilməsi ilə başa çata bilər.

“Ancaq razılaşma daha yaxşı olardı”, - deyə ABŞ prezidenti vurğulayıb.

O, həmçinin İranda radikal qüvvələrin artıq aradan getdiyini iddia edib.

Tramp əlavə edib ki, özü prezident olmasaydı, dünya çoxdan tam xaosa sürüklənmiş olardı./Bizim.Media

Seçilən
0
2
turkustan.az

3Mənbələr