“İnter” baş məşqçisi Kristian Kivu ilə müqaviləni uzatmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, rumıniyalı mütəxəssislə razılaşmanın 2028-ci ilə qədər olacağı, illik maaşının isə 4 milyon avro təşkil edəcəyi bildirilir. Müqavilədə əlavə olaraq avtomatik uzadılma bəndi də yer alacaq.
Kivu ötən yay komandaya rəhbərlik etməyə başlayıb və “İnter” hazırda A Seriyasında liderdir. Milan klubu həmçinin İtaliya kubokunda yarımfinala yüksəlib.