AZ

Klopp Türkiyə yolunda - İddia

Tanınmış alman məşqçi Yürgen Klopp Türkiyədə çalışa bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı türkiyəli jurnalist Ahmet Polat yayıb.

Onun iddiasına görə, Klopp Okan Burukun yerinə "Qalatasaray"ın baş məşqçisi ola bilər: 

"Qalatasarayın baş məşqçisi Okan Burukun mövsümün sonunda ayrılacağı gözləniılir. Doğrudur, bunun nə dərəcədə real olduğunu demək çətindir. Komanda çempionluğu qazanarsa, bu cür dəyişikliklərin edilməməsi ehtimalı var. Amma Türkiyədə işlər çox tez dəyişə bilər". 

Türkiyə Super Liqasında 29 oyundan sonra 68 xalla "Qalatasaray" liderlik edir. Onların ən yaxın rəqibi "Fənərbağça" isə iki xal geridədir. 

Klopp hazırda klubsuzdur. 

Seçilən
1
1
fanat.az

2Mənbələr