AZ

Azərbaycanda narkotiklə bağlı 1044 nəfər TUTULUB

Ajans.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 759 kq 474,815 qr narkotik vasitə çıxarılıb. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 54-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 625 kq 285,9 qr narkotik vasitə və psixotrop maddə və 1,2 qr güclü təsir edən maddə müsadirə edilib.. 500 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 454 kq 500,9 qr müxtəlif növ narkotik vasitə müsadirə edilib. Eyni zamanda, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1044 nəfər cəlb edilmiş, onlardan 13 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş 13 xarici ölkə vətəndaşından ümumilikdə 112 kq 789,853 qr və 17 ədəd müxtəlif növ narkotik vasitələr götürülüb.

Bizi Telegram-da izləyin

Seçilən
13
10
Ajans.az

10Mənbələr