İsrail ordusunun Livanın cənubuna gecə saatlarından bəri həyata keçirdiyi hücumlarda 13 nəfər həyatını itirib.
"Cebheinfo.az"-ın Livanın rəsmi NNA agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail döyüş təyyarələri gecə saatlarından bəri cənubdakı Kadmus, Mahmudiyyə, Kalilə, Ənsariyyə, Xirbət Duveyr, Məcedil və Cibaa qəsəbələrini hədəf alıb.
Kadmusdakı hücumda 4 nəfər həyatını itirib, 3 nəfər yaralanıb. Ənsariyyədəki hücumda isə 5 nəfər həyatını itirib.
Cibaadakı bir evi hədəf alan hücumda isə eyni ailədən 4 nəfər həyatını itirib. Hanin qəsəbəsində bəzi evləri dağıdan İsrail ordusu Bint Cubeyl rayonu ətrafına isə artilleriya atəşləri təşkil edib.
Digər tərəfdən, İsrail ordusu Beyrut-Sayda magistral yolunda 2 avtomobilə hava hücumu həyata keçirib.