Bakı, 15 aprel, AZƏRTAC
"Kəpəz"in futbolçusu Məqsəd İsayev üçün mövsüm erkən başa çatıb.
Bu barədə klubdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Türkiyənin İstanbul şəhərində çarpaz bağlarından əməliyyat edilən müdafiəçi qarşıdakı 6 turda meydana çıxa bilməyəcək.
Hazırda bərpa prosesi keçən futbolçu yayda məşqlərə qoşulacaq.