AZ

ABŞ daha bir narkotik qaçaqmalçılığı gəmisinə zərbə ENDİRDİ

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Sakit Okeanda narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi güman edilən bir gəmiyə zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

Komandanlığın açıqlamasında bildirilib: “Cənub Komandanlığı Komandanı Fransis Donovanın əmri ilə Birgə Operativ Qüvvə Southern Spear 14 apreldə gəmiyə ölümcül zərbə endirib”.

Məlumata görə, kəşfiyyat gəminin Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığı marşrutlarında hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə olunduğunu təsdiqləyib. Əməliyyat zamanı ABŞ hərbi qulluqçularından heç birinin zərər görmədiyi bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin sentyabr ayından bəri ABŞ Sakit Okean və Karib dənizində 50-dən çox gəmiyə hücum edib və nəticədə təxminən 170 nəfər həlak olub.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
redaktor.az

2Mənbələr