AZ

Büdcə vəsaitlərinin 264 milyon manatı kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib

Bakı, 15 aprel, AZƏRTAC

Yanvar-mart aylarında ölkədə istehsal edilmiş 29,7 milyard manat məbləğində ümumi daxili məhsul üzrə əlavə dəyərin 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 3 ayda əsas kapitala yönəldilmiş ümumi investisiyanın 1,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf edilib. Büdcə vəsaitlərinin 264,6 milyon manatı kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib.

Aprelin 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub.

Seçilən
11
2
azertag.az

3Mənbələr