AZ

Lavrov Si Cinpinlə görüşdü - TƏCİLİ

Rusiya xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb. Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsi ilə Çin arasındakı münasibətlərin beynəlxalq məsələlərdə sabitləşdirici amil olduğu və qlobal birlik üçün getdikcə daha çox əhəmiyyət kəsb etdiyini iddia edib.

Pekində keçirilən danışıqlar zamanı Lavrov Rusiya ilə Çin arasında əməkdaşlığın qlobal siyasətdə mühüm rol oynadığı fikrini bildirib. O bildirib ki, "Rusiya ilə Çin arasındakı münasibətlər qlobal məsələlərdə sabitləşdirici rol oynayır və qlobal əksəriyyət üçün getdikcə daha çox əhəmiyyət kəsb edir".

Görüş rusiyalı diplomatın Çinə iki günlük səfəri çərçivəsində baş tutub. Tərəflər ikitərəfli əməkdaşlıq və Yaxın Şərqdəki vəziyyət və Ukraynadakı müharibə də daxil olmaqla, cari beynəlxalq məsələləri müzakirə ediblər.

Bu yaxınlarda Çin və Rusiya xarici işlər nazirləri Yaxın Şərqdəki mövcud vəziyyəti, xüsusən də regiondakı müharibəni, eləcə də İrana dəstək tədbirlərini müzakirə ediblər. Çin qaynar nöqtədəki gərginliyin azaldılmasına kömək etmək üçün BMT Təhlükəsizlik Şurası çərçivəsində Rusiya ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib.

VƏLİ

Seçilən
24
1
sia.az

2Mənbələr