
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
AFN.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 27-ci turunun “Şamaxı” – “Qarabağ” oyunundakı qayda pozuntusu ilə bağlı qərar qəbul edilib.
Görüşdə “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün Ağdam təmsilçisi İntizam Məcəlləsinə uyğun olaraq 700 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, gərgin keçən sözügedən matçda 0:0 hesabı qeydə alınıb. Hazırda turnir cədvəlinə rəhbərlik edən "Qarabağ" bu xal itkisinə baxmayaraq liderliyini davam etdirir.