AZ

“Lazımsız ÖVLAD”: 25 yaşlı qadın əlil qızını ölümlə ÜZ-ÜZƏ QOYDU – VİDEO

Çelyabinskdə 5 yaşlı əlil qızını ac və tək qoyan ana barəsində cinayət işi açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiyanın Çelyabinsk şəhərində dəhşətli ailə dramı yaşanıb. 25 yaşlı qadın 5 yaşlı əlil qızını çirkli mənzildə, qidasız və tək halda qoyaraq evdən gedib.

Tək qalan uşaq balkona çıxaraq yoldan keçənlərdən kömək istəməyə məcbur olub.

İstintaqın məlumatına görə, ana övladını bilərəkdən həyatı üçün təhlükəli vəziyyətdə qoyub.

Qadın uşağın ona “mane olduğunu və lazım olmadığını” bildirib. Məlum olub ki, o, bu hərəkəti daha əvvəl də dəfələrlə təkrarlayıb.

“Azyaşlının 25 yaşlı anası 12.04.2026-cı il tarixində səhər saatlarında mənzili tərk edərək 5 yaşlı uşağı antisanitar şəraitdə və ərzaqsız tək qoyub”, –  qurumdan bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
81
18
interpress.az

10Mənbələr