AZ

Özəl sektorda muzdlu işçilərin sayı azalıb: NİYƏ?

“2026-cı ilin fevralın 1-i ilə müqayisədə martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1.782 min nəfərdən 1.784 min nəfərə yüksələrək təxminən 0,1% artıb. 

Dövlət sektorunda çalışanların sayı 861.4 min nəfərdən 870.6 min nəfərə çataraq təxminən 1.1 % artım göstərib”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. 

Ekspert qeyd edib ki, qeyri-dövlət sektorunda isə əksinə, azalma qeydə alınıb:

“Belə ki, bu sektorda çalışanların sayı 920.6 min nəfərdən 913.4 min nəfərə enərək təxminən 0.8 % azalıb. Məhz biz keçən ilin sonunda xəbərdarlıq edirdik ki, özəl sektorda bu il 3 %, gələn il 5 %, 2028-ci ildə isə 7 % gəlir vergisi tədbiqi, zatən boğulan sahibkarlığa ziyan vuracaq, onlar işçi ixtisarlarına gedəcəklər.

Görürsünüzmi, tendensiya başlayıb, özəl sektor ixtisarlara gedir, indi bir daha düşünün, 3 % vergidən nə qazandınız, minlərlə işsiz qalmış vətəndaşa görə nə itirdiz?”

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr