
Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb.
2026-cı ilin ilk üç ayı ərzində Rabitəbankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 23 % artaraq 38 milyon292 min manata, qeyri-faiz gəlirləri isə 16.8% artaraq 11 milyon101 min manatı ötüb. Rüb ərzində Bank 5,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.4% artım deməkdir. Bankın aktivləri isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16.4% artaraq 1 milyard 395 milyon 269 min manata çatıb.
Kredit portfelində artım dinamıkası
Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb. Nəticədə ümumi kredit portfeli 944milyon 275 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə biznes kreditləri portfeli 3.6% artaraq 417 milyon 583 min manata, o cümlədən, istehlak kreditləri portfeli 12% artaraq 340 milyon 545 min manata, ipotekakreditləri isə 11.7% artaraq 186 milyon 147min manata çatıb.
Əmanət portfelində müsbət nəticələr
Bankın əmanət portfeli üzrə göstəricilər müsbət dinamikanı qoruyub saxlayır. Belə ki, ümumi əmanət portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 21.2% artaraq 836 milyon 293 min manata yüksəlib.Xüsusilə fiziki şəxslər üzrə əmanətlərdə nəzərəçarpacaq artım müşahidə olunub. Bu seqment üzrə əmanətlər 32.7% artaraq 622 milyon 846 min manata çatıb ki, bu da müştərilərin Banka olan etimadının daha da gücləndiyini göstərir.