AZ

Ekitike 2026-cı ili başa vura bilər

“Liverpul”un hücumçusu Uqo Ekitiike Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab oyununun ilk hissəsində zədələnib.

Msport.az xəbər verir ki, fransalı futbolçu özü ayağa qalxa bilməyib və meydanı xərəkdə tərk edib.

Ekitike Axilles vətərini qoparmış ola bilər və doqquz aydan bir ilə qədər oynamaya bilər. Bu barədə idman zədələri üzrə mütəxəssis Əbdül Salam Əl-Şəmmari məlumat verib. 30-cu dəqiqədə Ekitikeni Məhəmməd Salah əvəzləyib.

Oyunçunun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir.

Seçilən
0
3
msport.az

4Mənbələr