AZ

Mis qiymətləri Yaxın Şərqdəki münaqişə fonunda itkilərini bərpa edərək yenidən artıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 aprel, AZƏRTAC

Dünya bazarında mis qiymətləri Yaxın Şərqdə münaqişə başlayandan təxminən 6 həftədən çox müddət sonra itkilərini bərpa edərək yenidən yüksəlib.

AZƏRTAC xəbər verir ki, misin bir tonunun qiyməti London Metallar Birjasında (LME) 0,8 faiz artıb. Hazırda bir tonun qiyməti 13 min 343 dollar olmaqla fevralın 27-dəki səviyyəyə çatıb.

Qeyd edək ki, ilin əvvəlində mis qiymətləri rekord həddə çatıb. Ötən ilin noyabr ayının ortalarından bəri misin qiyməti 20 faizdən çox, ötən il ərzində isə 42 faizədək bahalaşıb.

Ekspertlərin fikrincə, münaqişənin başlanğıcından bəri əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır. Əvvəlcə qiymətlər iqtisadi artımın yavaşlayacağı ilə bağlı narahatlıqlar səbəbindən geriləyib. Ötən həftə əldə edilən müvəqqəti atəşkəsdən sonra qiymətlər yenidən artıb, bu tendensiya rəsmi Vaşinqton və Tehranın yaxın günlərdə danışıqların ikinci raundunu planlaşdırdığı xəbərləri ilə güclənib.

Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr