AZ

Braziliya prezidenti Ançelotti ilə Neymardan danışıb 

Braziliya prezidenti Luis İnasiu Lula da Silva ölkənin futbol üzrə milli komandasının baş məşqçisi Karlo Ançelotti ilə görüş keçirib...

Poliqon İdman.Biz-ə istinadən bildirir ki,  tərəflər 2026-cı il dünya çempionatı öncəsi ulduz hücumçu Neymarın milliyə mümkün dəvətini müzakirə ediblər.

"Ünsiyyət zamanı Ançelotti məndən soruşdu ki, Neymarı Braziliya yığmasına çağırmalıdırmı. Mən isə cavab verdim: "Əgər hazırda komanda üçün oynamağa tam hazırdırsa, onu dəvət etmək olar", - deyə prezident bildirib.

Qeyd edək ki, Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelottinin "Santos"un ulduz hücumçusu Neymarı 2026-cı il dünya çempionatına aparmaq planı yoxdur.

Poliqon.info

Seçilən
5
3
poliqon.info

4Mənbələr