Olayların xarici mediaya istinadən xəbər verir ki, "qoca sinyora" komandanın kapitanını buraxmaq niyyətində deyil.
Belə ki, Turin klubu 28 yaşlı yarımmüdafiəçinin müqavilə müddətini artırmaq niyyətindədir.
Lokatellinin müqavilə müddəti 2028-ci il iyunun 30-a qədərdir. Yeni müqaviləyə əsasən, italiyalı futbolçu 2030-cu il iyunun 30-na qədər "Yuventus"da qalacaq.
O, karyerası ərzində "Milan" və "Sassuolo" klublarında da oynayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31