AZ

Nail Kərimov: Əli Bəşirovun zədəsi yüngüldür

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışından kənarda qalan "Qarabağ"ın futbolçusu Əli Bəşirovun ayaq əzələlərində xırda yırtıqlar var.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.

Onun sözlərinə görə, 15 yaşlı vinger yaxın zamanda yaşıl meydanlara qayıdacaq:

"Əli Bəşirovun zədəsi yüngüldür. İkihəftəlik müalicə təyin olunub. Ayaq əzələlərində xırda yırtıqlar var. Fizioterapiya müalicəsi ilə keçəcək".

Xatırladaq ki, Azərbaycanın U-20 millisi aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək. 2027-ci ildə bu yaş kateqoriyası üzrə dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr