Yaponiya Hörmüz boğazından gəmiçiliyin bərpası da daxil olmaqla, İran ətrafındakı vəziyyətin gərginliyin azaldılmasının vacib olduğunu düşünür və Vaşinqtonla Tehran arasında dialoq yolu ilə tez bir zamanda yekun razılaşma əldə olunacağına ümid edir. Olaylar.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Kei Sato bildirib. "Biz vəziyyəti yaxından izləyirik. Hesab edirik ki, ən vacib şey Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək də daxil olmaqla, vəziyyəti yumşaltmaqdır", - deyə o bildirib.
Sato Pakistanda Vaşinqton və Tehran arasında danışıqların bərpasının mümkünlüyünü şərh edərək əlavə edib: "Ümid edirik ki, ABŞ və İran məsləhətləşmələri bərpa etməklə dialoq yolu ilə yekun həll yoluna çatacaqlar".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31