
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Bakı Hotel Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.
AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə ofis və anbar sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 210 560 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Bakı Hotel Company" QSC 8 dekabr 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 27 118 500 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Abasqulu Ağa Bakıxanov küçəsi, ev 1-də yerləşir. QSC-nin qanuni təmsilçisi Mirzəyev Rəsul Yusif oğludur.
"Bakı Hotel Company” QSC "Hyatt Regency Baku” otelinin idarəçisidir. Rəsul Mirzəyev haqqında isə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Qeyd edək ki, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadədir. O, 2023-cü ilin oktyabr ayından bu vəzifədədir. Qurumun Müşahidə Şurasının sədri isə deputat Nigar Arpadaraidir.